Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı

Qafar Ağayev12:53 - 28 / 10 / 2021
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı

Paytaxtın Suraxanı rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

1news.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib:

"Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir."

Paylaş:
336

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər