“Zəfər yarmarkası”ndan əldə olunan gəlir “YAŞAT” Fonduna köçürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zəfər yarmarkası”ndan əldə olunan gəlir “YAŞAT” Fonduna köçürüləcək

S.Xankişiyeva15:55 - 29 / 10 / 2021
“Zəfər yarmarkası”ndan əldə olunan gəlir “YAŞAT” Fonduna köçürüləcək

"Zəfər yarmarkası"ndan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Zəfər yarmarkasında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər: "Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik olsa da, hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır".

E.Hüseynov bildirib ki, "Zəfər yarmarkası" 12 gün davam edəcək: "Havanın yağışlı, çiskinli olmasına baxmayaraq, paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqramı olan yarmarkada iştiraka dəvət edirik".

Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil edilən yarmarka oktyabrın 29-dan noyabrın 9-dək davam edəcək. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Paylaş:
361

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər