Koronavirusa görə distant təhsilə keçən məktəbdə əyani təhsil bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa görə distant təhsilə keçən məktəbdə əyani təhsil bərpa olunub

Qafar Ağayev10:01 - 29 / 10 / 2021
Koronavirusa görə distant təhsilə keçən məktəbdə əyani təhsil bərpa olunub

Oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
432

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər