Dənizkənarı Bulvarda “Zəfər” Yarmarkası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Bulvarda “Zəfər” Yarmarkası keçirilir

11:25 - 29 / 10 / 2021
Dənizkənarı Bulvarda “Zəfər” Yarmarkası keçirilir

Bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası fəaliyyətə başlayır.

1news.az-ın məlumatına görə, yarmarka Bulvar ərazisində Kukla teatrının arxasında yerləşir.

"YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova APA-ya bildirib ki, yarmarka 29 oktyabrdan 9 noyabra kimi davam edəcək. Onun sözlərinə görə, yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün "YAŞAT" Fonduna ianə olunacaq:

"Yarmarka boyunca ASAN radio və Bakı Mədəniyyət İdarəsi tərəfindən hər axşam konsert tədbirləri təşkil olunacaq. Eyni zamanda, burada müxtəlif mövzularda sərgilər təşkil olunacaq. Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq. Şirkətlər tərəfindən məhsullar satışa çıxarılacaq. Burada zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar olacaq".

1news.az

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər