Metropoliten “28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Metropoliten “28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva17:12 - 30 / 10 / 2021
Metropoliten “28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib – VİDEO – YENİLƏNİB

“28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.

Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni"ndən bildirilib.

Qeyd edilib ki, ehtiyat tədbir kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

Hazırda bütün metropoliten infratrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

16:55

Bakı Metropoliteninin “Xətai” – “Cəfər Cabbarlı” stansiyaları istiqamətində qatarların hərəkəti bərpa edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

14:51

"28 May" metro stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

Hazırda "Cəfər Cabbarlı- Xətai" istiqaməti istisna olmaqla, Bakı Metropoliteninin xətlərində qatarların hərəkətini tənzimlənməsi təmin olunur, yəni digər istiqamətlərə yüksək gərginlik verilir.

Paylaş:
1435

Son xəbərlər

Bütün xəbərlər