Dünən COVID-19 pasportu olmadığına görə 180 nəfər toya buraxılmayıb – CƏDVƏL
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 29-da Bakıda və respublikanın digər ərazilərində 85 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər 69 şadlıq sarayında, 16 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 180 nəfər toy şənliklərinə buraxılmayıb.
533