Yağışa görə əsas magistral yollarda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağışa görə əsas magistral yollarda sürət həddi endirilib

S.Xankişiyeva10:15 - 30 / 10 / 2021
Yağışa görə əsas magistral yollarda sürət həddi endirilib

Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər