Qanunsuz meşə materiallarının daşınmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz meşə materiallarının daşınmasının qarşısı alınıb

Qafar Ağayev09:24 - 01 / 11 / 2021
Qanunsuz meşə materiallarının daşınmasının qarşısı alınıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran və Lerik rayonlarında “Belarus” və “Ural” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

1news.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran və Lerik rayon sakinləri Rauf Qurbanov və Zöhrab Həsənovun idarə etdiyi avtomobillərin yük yerində ümumilikdə 8 kubmetr həcmində meşə materialı aşkar edilib.

B.Məhəmmədovun sözlərinə görə, Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakinləri Abış Abbasov, Abbas Əmənov, Zaur Əkbərov və Vüqar Abıyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 5.81 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib. Hazırda işlər üzrə araşdırma davam edir.

Paylaş:
360

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər