“Azərxalça” ASC Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça” ASC Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil edib – FOTO

Qafar Ağayev14:03 - 02 / 11 / 2021
“Azərxalça” ASC Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil edib – FOTO

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" nın icrasını təmin etmək, bu sahədə gömrük orqanları əməkdaşlarının peşə və ixtisas biliklərini artırmaq məqsədilə “Azərxalça” ASC tərəfindən Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil olunub.

1news.az xəbər verir ki, təlim və qurulan qarşılıqlı əməkdaşlıq Dövlət Proqramının həyata keçirilməsində bütün qurumlarla yanaşı Dövlət Gömrük Komitəsinin üzərinə düşənməsuliyyətin nə dərəcə məsuliyyətli və vacib olduğunu ortaya çıxarır.

Təlimin məqsədi gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaq, sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına nail olmaq, “Azərxalça” nın QR kodlu xalçalarl ilə iş prinsipləri, istifadə qaydaları kimi məsələləri iştirakçılara çatdırmaqdır. Mədəni sərvətimiz hesab olunan , “Azərxalça” nın müxtəlif emalatxanalarında toxunan xalçaların ölkədən qanunsuz çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan QR kod sistemi DGK əməkdaşlarının işini yüngülləşdirməklə yanaşı hər iki qurumun qarşılıqlı əməkdaşlığı üçün əlverişli şərait yaradır.4 gün davam edəcək təlimin ilk günüdə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarəolunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək təlimin təşkilinə görə “Azərxalça” ASC-ə Komitə adından təşəkkürünü bildirib.

Öz növbəsində “Azərxalça” ASC əməkdaşları bu sahədəki Dövlət Proqramı, eləcə də onun icra vəziyyəti barədə əməkdaşları məlumatlandırıb.Bildirilib ki, Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınması, bu sahədə qaçaqmalçılıq halları ilə ciddi mübarizədə “Azərxalça” nın QR kod sisteminin tətbiqi müsbət nəticə verəcək. Daha sonra Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, ekspertlər orijinal “Azərxalça” xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, QR kodun tətbiqi zamanı qarşıya çıxa biləcək müxtəlif hallar haqda suallara cavab verilib.

Paylaş:
448

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər