Azərbaycanda yeni təhsil standartları hazırlanır - Komitə sədri | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni təhsil standartları hazırlanır - Komitə sədri

15:31 - 02 / 11 / 2021
Azərbaycanda yeni təhsil standartları hazırlanır - Komitə sədri

Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: "Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir".

B.Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” Qanunla bağlı yeni layihə işçi qrupu tərəfindən işlənib hazırlanıb: “Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Bu sənəd Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılması üçün nəzərdə tutulub”.

1news.az

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər