Bakıda yük maşınları toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşınları toqquşub, ölən var

09:28 - 02 / 11 / 2021
Bakıda yük maşınları toqquşub, ölən var

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər