Deputat Çingiz Abdullayevin müdafiəsinə qalxdı: “Məqsədli şəkildə qaralama kampaniyasıdır” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Çingiz Abdullayevin müdafiəsinə qalxdı: “Məqsədli şəkildə qaralama kampaniyasıdır” - VİDEO

Qafar Ağayev12:13 - 03 / 11 / 2021
Deputat Çingiz Abdullayevin müdafiəsinə qalxdı: “Məqsədli şəkildə qaralama kampaniyasıdır” - VİDEO

“Bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Xalq Yazıçısı Çingiz Abdullayevə qarşı aparılan qarayaxma kampaniyası kəskin qınağa layiqdir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, ömründə Çingiz Abdullayevin bir kitabını belə oxumamış bəzi adamların Azərbaycanın müasir mədəniyyətində silinməz iz qoymuş böyük bir şəxsiyyət haqqında bu qədər qərəzli danışması hörmətli ədibimizə qarşı bədxah insanlar tərəfindən məqsədli şəkildə qaralama kampaniyasının təşkil olunduğundan xəbər verir.

“Bu üzdəniraq kampaniya öz ölkəsi ilə fəxr edən hər bir Azərbaycanlının qəlbində onu təşkil edənlərə qarşı yalnız ikrah və nifrət hissləri yarada bilər. Birincisi, Çingiz Abdullayevin çıxışında Azərbaycan cəmiyyətini incidə biləcək və ya cəmiyyətin hər hansı bir üzvünün heysiyyətinə toxuna biləcək bir söz belə yoxdur. Çingiz Abdullayev həqiqəti söyləyib və həqiqət kimi isə narahat edirsə onun həqiqətə qarşı təşkil etdiyi kampaniya da cəmiyyəti bir o qədər narahat etməlidir.

İkincisi, Çingiz Abdullayev çağdaş Azərbaycan ədəbiyyatının, bütövlükdə milli müasir mədəniyyətimizin dünya miqyasında parlayan bir ulduzudur”.

C.Feyziyev bildirib ki, Çingiz Abdullayevə atılan şər-böhtan hər bir azərbaycanlının şərəfinə və qüruruna atılan ləkə kimi qəbul olunmalıdır.

“Çingiz Abdullayevə qarşı düzənlənən hər bir hücum çağdaş mədəniyyətimizə qarşı təcavüz cəhdi kimi başa düşülməlidir. Dünya miqyaslı bir ziyalımıza yönəlmiş qərəzli hücumların qarşısında durmaq isə xalq və millət olaraq olaraq gələcək nəsillərimizə ötürə biləcəyimiz dəyərli bir örnəyi və qiymətli bir mirası qorumaq deməkdir. Nizamini, Nəsimini, Füzulini, Axundzadəni, Cavidi, Vurğunu, Vahabzadəni və adlarını çəkə biləcəyimiz yüzlərlə digər fikir və söz sahiblərimizi qoruduğumuz kimi Çingiz Abdullayevi də bədxahların şərindən qorumağı bacarmalıyıq. Zehni və əqidəsi ilə, əməyi və uğurları ilə, Vətən sevgisi və fədakarlığı ilə böyük sayılanlar xalqın və millətin övladlarıdır. Millət öz böyük övladlarına sahib çıxmağı bacarmalıdır”.

“Çingiz Abdullayev Azərbaycan cəmiyyəti üçün, bu günün və gələcəyin Azərbaycanlıları üçün əvəzsiz bir mədəni dəyər olmaqla milli qürur mənbəyimizdir. Mədəni dəyərlərimizi və milli qürurumuzu qorumaq isə hər birimizin mənəvi borcumuzdur!” - deyə, deputat sözlərinə əlavə edib.

Xatırladaq ki, Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olmuşdu: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb”.

Paylaş:
802

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər