İsmayıllıda polis əməkdaşı zəhərlənib, vəziyyəti ağırdır

İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.
Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
1news.az
265