“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib – FOTO

S.Xankişiyeva10:55 - 04 / 11 / 2021
“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib – FOTO

Ölkənin qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt” “Zəfər Günü” ərəfəsində Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüşüb.

“Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən görüşdə “Kontakt” şəbəkəsinin Marketinq Departamentinin rəhbəri Məmmədəli Vəliyev, Retail Marketinq şöbəsinin rəhbəri Coşqun Zeynalov, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, klubun Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov və Telman Salahov iştirak edib.

30-dan çox şəhid övladının qatıldığı tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb, daha sonra müxtəlif çıxışlar və musiqili proqramla davam edib.

“Şəhid övladları bizim əmanətimizdirlər. Onların yanında olmaq, qayğısına qalmaq hər birimizin vicdan borcudur. Allahdan bütün şəhadət məqamına ucalan qəhrəman nəfərlərimizə rəhmət diləyirik” - deyə “Kontakt”ın rəsmisi bildirib.

Sonda balacalara “Kontakt” mağazalar şəbəkəsi və “Sumqayıt” Futbol Klubu adından xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Kontakt” Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz parçası olan “Qarabağ Proqramı” çərçivəsində mütəmadi olaraq vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

Reklam hüququnda

Paylaş:
574

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər