Sabahın havası: mülayim külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: mülayim külək əsəcək

S.Xankişiyeva12:55 - 04 / 11 / 2021
Sabahın havası: mülayim külək əsəcək

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər