BXA və BMA-nın təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş konsert proqramı keçirilib - FOTO
Bakı Xoreoqrafiya Akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş konsert proqramı keçirilib.
1news.az xəbər verir ki, konsert proqramı başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə şəhid və qazi ailələri, müharibə iştirakçıları, mədəniyyət və incəsənət xadimləri, icra hakimiyyətinin nümayəndələri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.
Konsert proqramında Xalq artistləri Cəmilə Bayramovanın quruluşunda “Xarı Bülbül”, Yusif Qasımovun quruluşunda “Cəngi”, Təranə Muradovanın quruluşunda “Şuşanın dağları”, Əməkdar artistlər Sənan Hüseynlinin quruluşunda “İgidlər rəqsi”, Rimma İskəndərovanın quruluşunda “Arazbari”, Eteri Cəfərovanın quruluşunda “Yallı”, Gülməmməd Şahverdiyevin quruluşunda “Qarabağ yallısı”, Viktoriya Şahmuradovanın quruluşunda “Sarı gəlin” BXA-nın əməkdar müəllimi Aqalıyay Pelumbun quruluşunda “Azərbaycan kapriciosu”, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda “Vals”, BXA müəllimləri Kamilə Əliyevanın quruluşunda “Xudayar təsnifi”, Yelena Çernousovanın quruluşunda “Mirzəyi”, Pərvin Nəcəfovanın quruluşunda “Hərbi vəziyyət” və Vüsalə Babayevanın quruluşunda “Hardasan” nümayiş olunub. Eyni zamanda, Bakı Musiqi Akademiyasından Yulizana Kuxmazovanın ifasında “Xor”, İlham Nəzərov, Mirələm Mirələmov, Fəridə Məmmədovanın ifasında “Ave Mariya”, Emin İsmayılovun ifasında “Payız səndən bir ricam var”, Ürfan Cəfərovun ifasında “Azərbaycan” , eləcə də Əməkdar artist Nurlan Növrəslinin ifasında musiqi parçaları səsləndirilib.
Konsert proqramının rejissoru Əməkdar artist Nicat Kazımov, Bədii rəhbəri isə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Qeyd edək ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında keçirilib.