10 yaşlı uşaq Bakı-Sumqayıt qatarına daş atdı - Şüşələr sındı | 1news.az | Xəbərlər
Cəmiyyət

10 yaşlı uşaq Bakı-Sumqayıt qatarına daş atdı - Şüşələr sındı

Qafar Ağayev13:22 - 08 / 11 / 2021
10 yaşlı uşaq Bakı-Sumqayıt qatarına daş atdı - Şüşələr sındı

Bakıdan Sumqayıta hərəkət edən sürət qatarına daş atılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər