Vətən şəhidləri ilə ucalır: Yevlaxda 8 Noyabr Zəfər Günü qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən şəhidləri ilə ucalır: Yevlaxda 8 Noyabr Zəfər Günü qeyd olunub

18:19 - 08 / 11 / 2021
Vətən şəhidləri ilə ucalır: Yevlaxda 8 Noyabr Zəfər Günü qeyd olunub

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Yevlax şəhəri İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçsı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Yevlax Şəhərinin Mərkəzində Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra isə iştirakçılar Yevlax Şəhidlər Xiyabanında Şəhidlərin Xatirəsinə ucaldılmış Şəhidlər Abidəsi ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər, onların ruhlarına dualar oxunub. Daha sonra Bəşir Səfəroğlu adına Xalq tetarında davam edən tədbirdə Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Zəfər tamaşası” adlı tamaşa nümayiş etdirilib. Sonda iştirakçılar Zəfər günü münasibətilə Şəhərin Bakı prospektində və K.Sabitov küçəsində ağacəkmə aksiyasında iştirak ediblər.

1news.az

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər