Bakıda keçirilən Zəfər yürüşü flaşmobla başa çatıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçirilən Zəfər yürüşü flaşmobla başa çatıb – FOTO – VİDEO

Qafar Ağayev11:25 - 08 / 11 / 2021
Bakıda keçirilən Zəfər yürüşü flaşmobla başa çatıb – FOTO – VİDEO

Zəfər Günü münasibətilə Bakıda təşkil olunan yürüş “Ağ şəhər” bulvarında flaşmobla başa çatıb.


1news.az-ın məlumatına görə, flaşmob “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.


Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.

***

saat 10:11

Bakıda Zəfər Günü ilə əlaqədar yürüşü keçirilir.

1news.az xəbər verir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir..

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Paylaş:
1042

Son xəbərlər

Bütün xəbərlər