Unudulmaz emosiyalar və bayram əhval-ruhiyyəsi - Dəniz Mall Zəfər Gününü təntənəli şəkildə qeyd etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Unudulmaz emosiyalar və bayram əhval-ruhiyyəsi - Dəniz Mall Zəfər Gününü təntənəli şəkildə qeyd etdi - VİDEO

Qafar Ağayev19:25 - 10 / 11 / 2021
Unudulmaz emosiyalar və bayram əhval-ruhiyyəsi - Dəniz Mall Zəfər Gününü təntənəli şəkildə qeyd etdi - VİDEO

Zəfərimizin birinci ildönümü Dəniz Mall ticarət və əyləncə mərkəzində təntənəli şəkildə qeyd olunub.

Böyük Qələbənin ilk ildönümü münasibətilə Dəniz Mall-da silsilə tədbirlər keçirilib. Gün ərzində ticarət və əyləncə mərkəzində müxtəlif əyləncələr təşkil edilib, həmçinin uşaqların mövzu ilə bağlı rəsmləri sərgilənib.

8-13 yaşlı uşaqların rəsmlərinin nümayiş etdirildiyi “Böyük Qələbə uşaqların gözü ilə” adlanan sərgi və “ER” uşaq rəqs ansamblının “Zəfər” və “Sarı gəlin” rəqsləri mərkəzdəki insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bayram tədbiri simfonik orkestr, uşaq xoru və Dövlət Xor Kapellasının kollektivindən ibarət vokal xor ansamblının ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Bu da son deyil! Dəniz Mall-un qonaqları həm də bayram münasibətilə təşkil edilən unikal su şousunun da izləyiciləri olublar.

Sərgi iştirakçılarına təqdim olunan hədiyyələr üçün Cinema Plus və Kinderland-a təşəkkür edirik!

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər