Nazir: Əsassız və saxta pensiya verilməsinin qarşısı tam alınır
Əsassız və saxta yollarla pensiya verilməsinin qarşısını almaq istiqamətində ciddi tədbirlər görülür.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir.
"Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayonda ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək” - deyə S.Babayev bildirib.