Ötən Azərbaycanda ölkədə 33 yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən Azərbaycanda ölkədə 33 yanğın olub

Qafar Ağayev14:49 - 11 / 11 / 2021
Ötən Azərbaycanda ölkədə 33 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin, Bakı şəhəri, Nəsimi rayonunda güclü külək səbəbindən küçədə dayanan avtomobilin üzərinə aşaraq yolda hərəkəti məhdudlaşdıran ağacın xilasedicilər tərəfindən ərazidən götürülməsi təmin olunub.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər