Yevlaxda yol təmizləyən iki qadını maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda yol təmizləyən iki qadını maşın vurub

10:37 - 11 / 11 / 2021
Yevlaxda yol təmizləyən iki qadını maşın vurub

Yevlaxda yolu təmizləyən iki qadını maşın vurub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Yevlax şəhərində baş verib.

Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər