Ötən həftə işğaldan azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən bildirilib ki, noyabrın 8-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə mina, 56 tank əleyhinə mina və 20 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 63.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
1news.az
381