Bakıda karxanada faciə: maşinist daş kəsən mişarın arasında qalaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda karxanada faciə: maşinist daş kəsən mişarın arasında qalaraq öldü

17:24 - 15 / 11 / 2021
Bakıda karxanada faciə: maşinist daş kəsən mişarın arasında qalaraq öldü

Bakının Qaradağ rayonunda fəhlə iş zamanı ölüb.

1news.az xəbər verir ki, noyabrın 12-də Qızıldaş qəsəbəsi ərazisində yerləşən "Qaradağ" ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam etdirilir.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər