Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb

S.Xankişiyeva13:28 - 16 / 11 / 2021
Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər