Azərbaycanda 61 məktəb distant təhsilə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 61 məktəb distant təhsilə keçib

17:04 - 16 / 11 / 2021
Azərbaycanda 61 məktəb distant təhsilə keçib

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

1news.az

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər