Şəhid olmağı gözə alan həmkarımız: “Yeni ailə qurmuşdum, hər şey gözümün qabağında idi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid olmağı gözə alan həmkarımız: “Yeni ailə qurmuşdum, hər şey gözümün qabağında idi”

09:52 - 17 / 11 / 2021
Şəhid olmağı gözə alan həmkarımız: “Yeni ailə qurmuşdum, hər şey gözümün qabağında idi”

“Yeni ailə qurmuşdum , hər şey gözümün qabağından idi, iki azyaşlı uşağım var. Amma ona baxmayaraq Vətən sevgisi hər şeyi üstələyir”.

1news.az xəbər verir ki, İctimai Televiziyada müxbir işləyən Xanlar Mehdiyev ön cəbhədə öz informasiya silahı ilə döyüşən həmkarlarımızdandır. Müharibə başlayandan bitənə kimi mütəmadi olaraq ön cəbhəyə yollanıb, Azərbaycan həqiqətlərini dünyaya məhz öz silahı ilə çatdıranlardandır. Odun-alovun içindən birbaşa dünyaya danışan həmkarımız deyir ki, bu mənim işimi icra etməzdən də öncə, daxli vicdanımın səsi idi:

“Çünki mənim ailəm də, mən də, mənim yaxınlarım da bu Vətəndə yaşayır. Əgər mənim vətənimin bir qarış torpağı belə işğaldadırsa, onda nə mənim ailəm , nə mən , nə də mənim yaxınlarım burda rahat yaşaya bilmərik. Ona görə də maksimum dərəcədə mənim Vətən sevgim, mənim yaxınlarımdan da, mənim dostlarımdan da, hətda canımdan da önəmli idi. Yəni mən belə düşünürəm ki, təkcə mən yox, cəbhədə olan hər kəsin düşüncəsi bu idi .Ona görə balacadan böyüyə hamı orada idi. Doğrudur mənim valideynlərim, mənim ailəm mənim üçün çox narahat idilər. Amma bizim Qələbə xəbəri gələndə onlar sevincdən ağlayırdılar”

Vətən üçün iki oğul böyüdən həmkarımız Ağdamda doğulub. Elə bu səbəbdən də müharibənin ən qızğın vaxtlarında düşmənlə üz-üzə dayanaraq, ölümün gözünə dik baxa-baxa onların törətdiyi vəhşilikləri işıqlandırıb.

“Şəhid olmaqdan heç vaxt qorxmamışam. Mən Ağdamlıyam, hamı bilir ki, Ağdam 6000-ə yaxın şəhid verib. Yəni mən evdən çıxanda bilirdim ki, başıma hər an iş gələ bilər. Onu da deyim ki, biz cəbhədə olanda balacadan-böyüyə heç kim evdən çıxmırdı. Onların bizim orduya dəstək olması bizə daha da stimul verirdi. Bizim əsas qalibiyətimizin səbəbi balacadan-böyüyə hər kəsin orduya, mediyaya dəstəyi idi. Yəni “Dəmir yumruq” bizi Qələbəyə apardı. “Dəmir yumruq” odur ki, qadınından, kişisindən aslı olmayaraq hamı bir idi. Hamı bir məqsəd üçün çalışırdı. Şükürlər olsun biz də Qələbə xəbərini çatdırdıq. Şükürlər olsun ki, biz iki ay boyunca cəbhədə, azad olunmuş ərazilərdə olmuşuq. İndi təsəffür edin ki, 30 ildir həsrət qaldığımız ərazilərə biz yarım saata təyyarə vasitəsiylə çata bilirik.Yəni bundan böyük xoşbəxtlik yoxdur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə, əsgərlərimizə, ordumuza can sağlığı versin!”

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər