Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
1news.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
1news.az
400