“Hərbçilərin maaşı yüksək olmalıdır ki, güclü ordu qura bilək” - Deputatdan AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hərbçilərin maaşı yüksək olmalıdır ki, güclü ordu qura bilək” - Deputatdan AÇIQLAMA

10:34 - 18 / 11 / 2021
“Hərbçilərin maaşı yüksək olmalıdır ki, güclü ordu qura bilək” - Deputatdan AÇIQLAMA

"Ermənistanla sülh müqaviləsi hələ də imzalanmayıb. Mən təklif edirəm ki, hərbi qulluqçularımızın maaşı ikiqat qaldırılsın”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar İskəndərov deyib.

Məsələ ilə bağlı Vüqar İskəndərovla əlaqə saxladıq. Deputat bildirdi ki, güclü ordu qurmaq üçün hərbçilərin maaşları artırılmalıdır:

“İclasda büdcə layihəsinin müzakirəsində mən hərbçilərə daha çox diqqətin artırılması ilə bağlı çıxış etdim. Bəli, Cənab Prezidentin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizdə ən çox müdafiə xərclərinə maaliyyə vəsaiti ayrılıb. Bundan başqa sosial sahələrə, sosial siyasətə də diqqət ayrılır. Hazırkı dönəmi nəzərə alıb mən də hərbçilərin maaşının ikiqat artırılması təklifini etdim. Bu təklif peşəkar ordunun qurulması məsələlərini özündə ehtiva edir. Cənab Prezidentin də söylədiyi kimi biz NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə ordusunu qururuq. Hər bir hərbçinin maaşı yüksək olmalıdır ki, güclü ordu qura bilək. Çünki biz elə bir düşmənlə qonşuyuq ki, sülh müqaviləsi imzalansa da biz həmişə döyüşə hazır olmalıyıq. Ona görə də biz güclü ordu qurmalıyıq!”.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər