Heydər Əliyev Sarayı şəhidlərə görə konsertin vaxtını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Sarayı şəhidlərə görə konsertin vaxtını dəyişib

12:10 - 18 / 11 / 2021
Heydər Əliyev Sarayı şəhidlərə görə konsertin vaxtını dəyişib

Bu gün Heydər Əliyev Sarayında keçiriləcək "Jazz mix" konsert proqramı təxirə salınıb.

1news.az xəbər verir ki, bu barədə Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı məlumat verib.

O, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq konsertin təxirə salındığını və dekabrın 16-a keçirildiyini deyib: “Əldə olunmuş bütün biletlər etibarlıdır”.

“Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!”, - o vurğulayıb.

1news.az

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər