Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş

09:55 - 19 / 11 / 2021
Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş

Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Əlvan Qasımov istintaqa təhvil verilib.

1news.az

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər