Pensiya kapitalı digər məqsədlər üçün istifadə ediləcək?-Deputatdan AÇIQLAMA

Milli Məclisin deputatı Vüqar Bayramov komitə büdcə müzakirələrində sosial sfera ilə bağlı pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı təklif səsləndirib.
1news.az xəbər verir ki, deputat səsləndiridiyi təklifdə qeyd edib ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir.
Məsələ ilə bağlı Vüqar Bayramovla əlaqə saxladıq. Millət vəkili bildiridi ki, pensiya kapitalı kifayət qədər böyük olan bəzi vətəndaşlarımız pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir:
“Təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağa artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər. Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradıla bilər”.