Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub – YENİLƏNİB

S.Xankişiyeva17:41 - 20 / 11 / 2021
Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub – YENİLƏNİB

Bu gün Şamaxıda zəlzələ olub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.

"Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə, o bildirib.

17:15

Respublika ərazisində zəlzələ olub.

1news.az-ın verdiyi xəbərə görə, yeraltı təkanlar Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər ərazilərdə hiss edilib.

Sosial şəbəkə istifadəçiləri yeraltı təkanların hiss edildiyini yazırlar.

Yeraltı təkanların təxminən 16:45 radələrində olduğu paylaşılır.

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər