Təhsil naziri məktəblərdəki istilik problemindən danışıb
“Azərbaycanda təxminən məktəblərin 60 faizə yaxını istilik sistemi və qazla qızdırılır.
Digər məktəblər isə odun və digər yanacaq növləri ilə qızdırılır. Həmin məktəblərə də yanacaq çatdırılıb”.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şəhər məktəblərində müxtəlif səbəbdən istilik problemləri var: “Dünən axşama olan məlumata görə, 60-a qədər məktəbdə istiliklə bağlı problemlər olub. Bəzi məktəblərin daxilində müəyyən problemlər olub, aradan qaldırılır. Bakıda 85-90 faiz məktəbdə istilik var. Digər məktəblərdə isə qarşıdakı həftələrdə aidiyyəti qurumlarla birgə problemlər aradan qaldırılacaq”.
355