SN: Pfizer/Biontech vaksininin istifadə müddəti 9 aya qədər uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

SN: Pfizer/Biontech vaksininin istifadə müddəti 9 aya qədər uzadılıb

13:15 - 22 / 11 / 2021
SN: Pfizer/Biontech vaksininin istifadə müddəti 9 aya qədər uzadılıb

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər