Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyənlərin NƏZƏRİNƏ

Qafar Ağayev14:35 - 22 / 11 / 2021
Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyənlərin NƏZƏRİNƏ

"Peşə və orta ixtisas məktəblərinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu 30.11.2021-ci il tarixədə saat 18:00-da yekunlaşacaqdır".

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, qəbul şagirdlərin elektron yerdəyişməsi portal (sy.edu.az) vasitəsilə elektron qaydada aparılır və prosesə 10.11.2021-ci il tarixdən start verilib.

"Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər".

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər