“PRoMete”nin anasının üzərinə ağac aşdı, ayağı kəsildi - Qurumlara müraciət etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PRoMete”nin anasının üzərinə ağac aşdı, ayağı kəsildi - Qurumlara müraciət etdi - VİDEO

Qafar Ağayev15:42 - 22 / 11 / 2021
“PRoMete”nin anasının üzərinə ağac aşdı, ayağı kəsildi - Qurumlara müraciət etdi - VİDEO

“PRoMete” ləqəbilə tanınan reper Pərviz anasının ağır xəsarət alması ilə bağlı paylaşım edərək dövlət qurumlarına müraciət edib.

1news.az-ın xəbərinə görə, o bildirib ki, noyabr ayının 10-da güclü külək başlayan zaman anası yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla “bisetka”da olub.

“Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki böyük ağacı anamın üstünə aşırıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər. Hadisədən bir neçə saat sonra hansısa qurum gəlib həyətdəki aşan ağacın qalıqlarını kəsib, kökündən qoparıb.Hazırda hadisənin üstündən 10 gündən çox müddət keçir. Amma bu qədər müddət keçməsinə baxmayaraq hərhansı bir qurum bizimlə maraqlanmayıb. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb”.

Prometə qeyd edib ki, anasını ayağını itirməsinə səbəb olan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qrumlara müraciət ünvanlayıb, amma heç bir addım atılmayıb. Həmin gün anamla həmin ərazidə 3 nəfər olub. Onlardan biri 2 yaşlı körpə olub. Xoşbəxtlikdən başqalarına heçnə olmayıb . Mən Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa bununla bağlı müraciət etmişəm Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar”.

Müraciəti təqdim edirik:

Paylaş:
1065

Son xəbərlər

Bütün xəbərlər