Yeni “Lexus ES” - FOTO
Uzun illər "Lexus ES" biznes sedanı misilsiz səssizliyi, yüksək komfortlu səfər təcrübəsi və lüks salonu ilə sürücü və sərnişinləri özünə heyran edib.
ES 1989-cu ildə Lexus model sırasının əsas modeli kimi istifadəyə verilib. Avtomobilin satışa buraxılmasından sonra 80-dən çox ölkə və regionda ümumi satış 2,65 milyon maşın olub.
Lexus dizaynerləri və mühəndislərinə məhsulları durmadan təkmilləşdirməyə ilham verən "Həmişə hərəkətdə" ideyasına əsaslanan yeni ES 2010-cu ildə Şərqi Avropa və 2018-ci ildə Qərbi və Mərkəzi Avropa bazarlarına təqdim edilmiş biznes sedanın ciddi təkmilləşdirilməsi ilə yenidən təqdim edilir.
Yeni ES modelinin misilsiz səssizliyi və komfortlu səfər təcrübəsi, habelə interyer rahatlığı daha da təkmilləşdirilib. Avtomobilin istənilən şərtlərdə sürət yığma, yavaşıma və sükan idarəetməsi arasındakı mükəmməl əlaqədən hiss edə biləcəyiniz kimi Lexus mühəndisləri sürücünün istəklərinə çevik reaksiya verən avtomobil yaradıb.
Avtomobildə hərəkət zolağının sürətlə dəyişdirilməsi kimi situasiyalarda mükəmməl sabitliyi təmin etmək üçün arxa asqının dayaqlarının sərtliyini artıran qabaqcıl Lexus texnologiyası istifadə edilib. Bundan başqa, ES F SPORT yüksək komfortlu səfər təcrübəsinə və sükan mexanizminin daha çevik reaksiyasına nail olmaq üçün yeni ötürücüdən istifadə edən aparıcı Adaptiv Dəyişən Asqı (AVS) sistemi ilə təchiz edilib.
Üstəlik, yeni ES avtomobil sahiblərinin daha təhlükəsiz idarəetmədən zövq ala bilməsi üçün təkmilləşdirilmiş Lexus Safety System + kimi innovativ təhlükəsizlik texnologiyasına malikdir.
Nəhayət, yenilənmiş ön brend barmaqlığı və ön işıqlar ilə yeni interyer rənglərinin istifadəsi sayəsində ümumi dizayn daha eleqant görkəm alıb.
TƏKMİLLƏŞDİRİLMİŞ SƏSSİZLİK, KOMFORTLU SƏFƏR VƏ İDARƏETMƏ PERFORMANSI
Yüksək sərtliyə malik arxa asqı dayaqları
Tək sxemdən qoşa sxemli struktura keçid arxa asqının torsional sərtliyini artırıb. Bu, hərəkət zolağının sürətlə dəyişdirilməsi kimi situasiyalarda belə sürücünün istəklərinə daha çevik reaksiya verən səlis idarəetməyə imkan verir.
Təkmilləşdirilmiş xətti-solenoid AVS
ES F SPORT modelinin Adaptiv Dəyişən Asqısının (AVS) yeni ötürücüsü hidravlik idarəetmənin solenoid yağ axınına nəzarət klapanının axın yolunu genişləndirir. Yeni sistem aşağı dempferləmə qüvvələrinə həssasdır və dempferləmə qüvvələrinin diapazonunu artırmaqla idarəetmənin həssaslığını və stabilliyi artıraraq yüksək keyfiyyətli səfər təcrübəsi təmin edir.
MÜASİRLİK AXTARIŞINI TƏKMİLLƏŞDİRİLMİŞ FUNKSİONALLIQLA BİRLƏŞDİRƏN TƏRZ
Yeni ES yenilənmiş barmaqlığı və işıqları ilə müasir görüntü sərgiləyir. Müştərilər interyer üçün yeni Meşə Qəhvəyisi rəngli dəri və ya sintetik dəri örtüklər və F SPORT modellərində yeni iki çalarlı oturacaqları seçə bilər. Bundan başqa, yeni multimedia sensor ekranının istifadəsi daha rahatdır.
Eksteryer
Yeni dizaynlı ön barmaqlıq
Biznes sedan simasını saxlayan yeni ön barmaqlıq şaquli zolaqların və həm üfüqi, həm də irəli hərəkəti əks etdirən L şəkilli komponentlərin sayının azaldılması hesabına görkəmini dəyişib.
Yeni dizaynlı ön işıqlar
Monokulyar işıqlı modellər kompakt yeni işıqlarla təchiz edilib, üç işıqlı modellər isə təkmilləşdirilmiş funksionallıq və daha cəlbedici görünüş üçün nazik yan işıqlarda BladeScan® AHS (adaptiv uzaq-işıq sistemi) ilə təchiz edilib.
Yeni dizaynlı təkərlər
17 düymlük idman təkərlərinin daha ifadəli oxları səthi cilalanmış detallara malikdir, 18 düymlük təkərlər isə cilalanmış səthlərin və qara boyanın təzadı hesabına lüks təəssüratı bağışlayır. 19 düymlük F SPORT təkərləri ön barmaqlığa uyğun gələn parlaq qara rəngdədir.
Yeni boyalar
İlk dəfə təqdim edilmiş Sonik Platin rəngli modellər avtomobilin formasını daha da vurğulamaq üçün kölgələrdən istifadə edir, yeni Sonik Boz rəngli modellər isə parlaq metal görüntüsü sərgiləyir.
İnteryer
Multimedia sistemi
Lexus brendinin insanların rahatlığına yönəlmiş yanaşmasına əsaslanan yeni sensor displey daha rahat istifadə üçün sürücüyə 100 mm-dən çox yaxınlaşdırılıb və təqribən beş dərəcə daha maili yerləşdirilib.
Smartfonla inteqrasiya və yenilənmiş Lexus Link tətbiqi
Sürücülər smartfonlarını Apple CarPlay® və ya Android Auto® ilə avtomobillə sinxronlaşdıra və qapılar, pəncərələr və işıqların vəziyyəti haqqında uzaqdan məlumat almaq; avtomobilin mövqeyini izləmək; avtomobili dayandırdıqdan sonra təyinat nöqtəsinə piyada getmək; Lexus avtomobilinin texniki qulluğunu idarə etmək və ya xəbərdarlıq işıqları ilə bağlı kömək almaq; yaxud qəza xidmətləri ilə əlaqə saxlamaq üçün yenilənmiş Lexus Link tətbiqindən istifadə edə bilər.
Ornamentlər
Yeni Sumi qarası rəngli qoz taxtası və Tünd qəhvəyi qoz taxtası çalarlarında olan qonur əlavələr avtomobilə lüks hissi və müasir ab-hava bəxş edir.
İnteryerin yeni rəngləri
İnteryer qonur rənglə yanaşı, meşə qəhvəyisi tonlarında da sifariş verilə bilər. İndi F SPORT modelləri Ağ və Al qırmızı rəng sxemində oturacaq yastıqları və qara söykənəcəklərlə daha sport görünüş üçün ağ rəngdə təqdim edilir.
İNNOVATİV TƏHLÜKƏSİZLİK TEXNOLOGİYALARI, O CÜMLƏDƏN ƏN YENİ LEXUS SAFETY SYSTEM+
Yeni ES təkmilləşdirilmiş Lexus Safety System + ilə təchiz edilib. Lexus tək linzalı kameranı və millimetr dalğalı radarı saxlamaqla yanaşı, Qəza zamanı sükan idarəetməsinə yardım kimi funksiyalar əlavə edib və sistemin hərəkət zolağını tanımaq qabiliyyətini artırıb. Bundan başqa, Rəqəmsal yan görüntü monitorunun kameraları təkmilləşdirilib.
Qəza zamanı sükan idarəetməsinə kömək
Piyada sizin olduğunuz hərəkət zolağına çox yaxın olduqda Qəza zamanı sükan idarəetməsinə kömək (sürücünün sükanı çevirməyə çalışması ilə işə düşür) ES avtomobilinin stabilliyini yaxşılaşdıraraq və onu hərəkət zolağında saxlayaraq idarəetməyə kömək edəcək.
Hərəkət zolağının izlənməsi üçün köməkçi sistem
Hərəkət zolağının izlənməsi üçün köməkçi sistemin (LTA) sükan idarəetməsinin avtomobili hərəkət zolağının mərkəzində saxlamasına kömək edən hərəkət zolağını tanıma funksiyaları kömək diapazonunu artıran süni intellekt (Sİ) texnologiyalarının sayəsində təkmilləşdirilib və sükan idarəetməsinə daha səlis və davamlı kömək göstərir.
Dinamik idarəetməli kruiz kontrol
Dinamik radar kruiz kontrol sisteminə (bütün sürətlərdə izləmə funksiyası ilə) avtomobilin sürətini yaxınlaşdığınız döngənin ölçüsünə uyğun olaraq azaldan dönmə sürətinə nəzarət funksiyası əlavə edilib. Bu funksiya avtomobilin sürətlənməsi və yavaşımasını elə tənzimləyir ki, şose və digər yollarda hərəkət edərkən təyin edilmiş sürət həddinə riayət etməklə qarşıdakı avtomobillə sizin avtomobiliniz arasındakı məsafə sabit olaraq qalsın.
BladeScan® AHS
BladeScan® AHS təkmilləşdirilmiş adaptiv uzaq-işıq sistemidir. Burada LED mənbəli işıq yüksək sürətlə fırlanan dar güzgü zolaqlarını işıqlandırır və qarşıdakı yolu işıqlandırmaq üçün linzalara ötürülür. Sistem güzgü zolaqlarının fırlanmasını sinxronlaşdırmaqla və LED işıqları yandırıb söndürməklə işığın yayılmasını dəqiqliklə tənzimləyir. BladeScan® AHS uzaq işığın diapazonunu genişləndirir, sürücünün qarşıdan gələn sürücülərə mane olmadan piyada və yol nişanlarını daha əvvəldən görməsinə imkan verir.