Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - FOTO

12:00 - 22 / 11 / 2021
Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

1news.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist Samir Feyruzov məsələ ilə bağlı maraqlı məlumat paylaşıb:

“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur.

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər