Tahir Kərimli: “Milli Məclisdə COVİD-19-a yoluxan şəxslərə 500 manat məbləğində birdəfəlik yardımlar edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tahir Kərimli: “Milli Məclisdə COVİD-19-a yoluxan şəxslərə 500 manat məbləğində birdəfəlik yardımlar edilib”

11:57 - 23 / 11 / 2021
Tahir Kərimli: “Milli Məclisdə COVİD-19-a yoluxan şəxslərə 500 manat məbləğində birdəfəlik yardımlar edilib”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən iclasda Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirib.


1news.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat bildirib ki, Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır.
T Kərimli qeyd edib ki, Milli Məclisdə ilk dəfə COVİD-19-a yoluxan şəxslərə 500 manat pul verilib: “Mən Milli Məclisin sədrindən ötən günki çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm. Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Nəinki sürücülərin əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, Milli Məclisdə xeyli sayda uzun müddət işləyən təcrübəli insanlar vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə irəli çəkilib. Bir neçə yüz adama 500 manat məbləğində birdəfəlik yardımlar edilib. Milli Məclis xeyli dərəcədə qənaətlə işləyib”.
Sədr Sahibə Qafarova isə tövsiyə edib ki, gələn dəfə sənədlərə əsaslanmayan, yanlış məlumatlara əsaslanan çıxışları bu Milli Məclisə daşımayaq və xalqımıza yanlış məlumat verməyək.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər