Binanın girişinə atılan 14 günlük körpədən xəbər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Binanın girişinə atılan 14 günlük körpədən xəbər var

13:28 - 24 / 11 / 2021
Binanın girişinə atılan 14 günlük körpədən xəbər var

Bakıda binanın girişinə atılan 14 günlük körpənin vəziyyəti yaxşılaşıb.

1news.az-ın realtv-yə istinadən verdiyi xəbərə görə, gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərin səyi nəticəsində sağalmaq üzrədir.

Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər