Azərbaycanda tanınmış həkim 42 yaşında vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tanınmış həkim 42 yaşında vəfat etdi

13:45 - 24 / 11 / 2021
Azərbaycanda tanınmış həkim 42 yaşında vəfat etdi

Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib.

1news.az oxu.az-a istinadən bildirir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.

Həkim son olaraq 2015-ci ildən işə başladığı Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

Qeyd edək ki, A.Əkbərov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 2014-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər