İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

S.Xankişiyeva14:06 - 24 / 11 / 2021
İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, həmin qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb.

O qeyd edib ki, həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb: "Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var".

Komitə sədri vurğulayıb ki, vəziyyət nəzərə alınaraq, qız həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub: "Terapiya başa çatdıqdan sonraki durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".

Paylaş:
464

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər