Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb - FOTO

Qafar Ağayev09:22 - 24 / 11 / 2021
Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb - FOTO

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpıb. Qəza zamanı Emin Əliyev adlı şəxs xəsarət alıb, Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər