Məleykə Abbaszadə qadınların imtahanlarda qazandıqları uğurlardan danışıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə qadınların imtahanlarda qazandıqları uğurlardan danışıb

S.Xankişiyeva11:42 - 24 / 11 / 2021
Məleykə Abbaszadə qadınların imtahanlarda qazandıqları uğurlardan danışıb

"Hər il imtahanlardan sonra gender aspektləri ilə bağlı təhlillər aparılır".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxışı zamanı deyib.

O qeyd edib ki, gender problemləri ilə bağlı yalnış düşüncə bunun sırf qadınların məsələsi olması fikridir: "Kişi və qadın cəmiyyətin təməl daşıdır. Bu kimi düşüncələr qadınların cəmiyyətdə çətin işlərin altına girməsinə səbəb olur. Tənqidlərin bəziləri xoş niyyətli olsa da çox dayaz fikirlərdir".

M.Abbaszadə əlavə edib ki, son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb: "Bu da o deməkdir ki, kişi ixtisası Stereotipləri artıq pozulur. Hətta builki qəbul imtahanlarında Dəniz Akademiyasına 4 qız qəbul olunub".

Onun sözlərinə görə, peşə imkanları olmayan qadınların çoxu erkən nikahın qurbanı olur, öz haqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar: "Bəzi regionlarda 9- cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir".

Paylaş:
342

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər