Binəqədidə mağazadan oğurluq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Qafar Ağayev17:54 - 25 / 11 / 2021
Binəqədidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Binəqədi rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, rayon ərazisində mağazadan 500 manat dəyərində qol saatı və üç ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri İ.Bəkirov və A.Abdullayev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər