DİN: Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır

S.Xankişiyeva10:12 - 25 / 11 / 2021
DİN: Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən "1news.az-a bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb.

Qeyd edilib ki, bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir".

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər