Polis əməliyyat keçirdi - Ərzaq mağazasında “patı” satan şəxs yaxalandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməliyyat keçirdi - Ərzaq mağazasında “patı” satan şəxs yaxalandı - FOTO

Qafar Ağayev10:21 - 25 / 11 / 2021
Polis əməliyyat keçirdi - Ərzaq mağazasında “patı” satan şəxs yaxalandı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb

Paylaş:
224

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:02Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıbBu gün, 17:55İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar RəhimzadəBu gün, 17:45Cartier Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı – İsfar Sarabski - FOTOBu gün, 17:41FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıbBu gün, 17:32Gənclər və idman nazirinə yeni müavinlər təyin edilibBu gün, 17:17Prokurorluq Yasamalda 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yaydıBu gün, 17:02Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaqBu gün, 17:01Deputat: “Azərbaycanın Türkmənistan və İranla imzaladığı müqavilə regionun enerji xəritəsini dəyişə biləcək”Bu gün, 17:00“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqləndiBu gün, 16:57Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcəkBu gün, 16:53Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən mütəşəkkil dəstə üzvləri tutulub - VİDEOBu gün, 16:49Azərbaycanda son sutka COVID-19 əleyhinə 297 vaksin vurulubBu gün, 16:4829 noyabra olan koronavirus statistikası AÇIQLANDIBu gün, 16:46Azərbaycanda baş məşqçinin kürəkəni hakimi döyübBu gün, 16:42“Ermənistanda dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir” - İlyas Hüseynov yazırBu gün, 16:27Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşübBu gün, 16:14Prezident dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verdiBu gün, 15:41Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib - VİDEOBu gün, 15:26Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir - FOTOBu gün, 15:17
Bütün xəbərlər

Next TV