Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb – FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb – FAKTİKİ HAVA

S.Xankişiyeva11:35 - 25 / 11 / 2021
Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 24 m/s, Salyan, Naftalanda 22 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Qobustan, Tərtər, Tovuzda 18 m/s, Şirvanda 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağa, Neft Daşlarında 25 m/s, Qum adasında 24 m/s, Ələt, Bakıda 22 m/s, Pirallahıda 21 m/s, Çilov adasında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək şaxta, Naxçıvan MR-da 0-5° isti olub.

Qeyd: ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

Paylaş:
342

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər